Tolisso “Bavariya” ilə müqaviləni uzatmadı
Almaniya “Bavariya”sının futbolçusu Koranten Tolisso klubdan azad agent kimi ayrılmağa qərar verib. Yarımmüdafiəçi yayda başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib.
27 yaşlı fransalı ilə Münhen təmsilçisi arasında danışıqlar nəticəsiz qalıb. Bu üzdən futbolçunun agenti onun üçün yeni komanda axtarışına da başlayıb.
Tolisso 2017-ci ildən “Bavariya”da çıxış edir. O, cari mövsümün 5 oyununda 1 qol vurub. Fransalının müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.