Titeyə 5 müştəri

Titeyə 5 müştəri

Braziliya millisinin sabiq baş məşqçisi Tite tezliklə çalışdırıcı fəaliyyətini bərpa edəcək. DÇ-2022-dəki uğursuzluqdan sonra postundan kənarlaşdırılan mütəxəssis 5 komandadan təklif alıb.

Onun xidmətində üç yığma və iki Avropa klubu maraqlıdır. Bu komandaların adları açıqlanmasa da, Tite təklifləri nəzərdən keçirmək üçün vaxt istəyib. Qərar verməyə tələsməyən Tite məzuniyyətdən sonra yeni işinə başlamaq fikrindədir.

Qeyd edək ki, 2016-cı ildən Braziliya yığmasını çalışdıran mütəxəssis DÇ-2022-nin 1/4 final mərhələsinin Xorvatiya ilə oyunundan (1:1, pen. 2:4) sonra postundan ayrılıb. 
 

ETOPAZ

Əvvəlki yazı

Argentinanın rəqibi müəyyənləşir

Növbəti yazı

Belçika millisinə baş məşqçi axtarılır