Tibbi müayinədən keçmədiyi üçün transfer oluna bilmədi
“Marsel”in hücumçusu Amadu Dienq komandada qalıb. O, transfer pəncərəsinin son günündə “Lids”ə keçməkdən imtina edib.
İngiltərə klubu əvvəlcə 8,6 milyon funt-sterlinqə futbolçunun keçidi ilə bağlı razılığa gəlib. Dienq tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanıb. Lakin “Nitsa” da “Marsel”ə təklif edib və bu variant oyunçunu daha çox cəlb edib. Amma seneqallı Fransa klubuna da keçə bilməyib. Buna səbəb onun tibbi müayinədən keçməməsi olub.