Teytum yenə “40”ı keçdi

Teytum yenə “40”ı keçdi

“Boston” NBA-da növbəti qələbəsini qazanıb. “Şarlott” üzərində 115:101 hesablı qələbədə əsas pay sahiblərindən biri Ceyson Teytum olub.

O, bu qarşılaşmada 44 xal toplayıb. Hücumçu ardıcıl ikinci dəfə 40 və ya daha çox xal yığıb.

Teytum “Bruklin”lə oyunda 54 xala sevinmişdi. “Boston”un heyətində ardıcıl iki matçda 40 və ya daha çox xal toplayan sonuncu oyunçu Ayzeya Tomas olub. O, belə uğura 2017-ci ildə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Messinin seriyası qırıldı

Növbəti yazı

Mbappe İbrahimoviçi arxada qoydu