Ter-Şteqendən 150-ci quru oyun

Ter-Şteqendən 150-ci quru oyun

Mark-Andre Ter-Şteqen “Barselona”da 150-ci quru oyununu keçirib. Alman qapıçı La Liqanın “Atletik”lə görüşündə qapısını toxunulmaz saxlayıb.

Bu görüşdə kataloniyalılar 1:0 hesablı qələbə qazanıb. Ter-Şteqen klub tarixinə 150 quru matç keçirən üçüncü qolkiper kimi düşüb.

Rekord Viktor Valdesə məxsusdur. O, 237 qarşılaşmada qol buraxmayıb.

Andoni Subisaretta ikincidir. O, 172 belə matç keçirib.

Qeyd edək ki, Mark-Andre 2014-cü ildən “Barselona”da çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

500-cü qələbə

Növbəti yazı

Günün şansı – 13.03.2023