Ter Ştegen yaşıl meydanlara dönür
“Barselona” düşərgəsindən sevindirici xəbər yayılıb. Komandanın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaldıb.
O, La Liqanın “Qranada” ilə oyununda iştirak edə biləcək. Qapıçı belindəki ağrılar səbəbindən noyabrın 12-dən yaşıl meydanlardan kənar qalıb. Dekabrda futbolçu əməliyyat olunub və dünən ümumi qrupla məşqlərə başlayıb.
Qeyd edək ki, “Qranada” ilə görüş fevralın 11-də baş tutacaq.