Ten Haqa 13 milyonluq təklif

Ten Haqa 13 milyonluq təklif

İngiltərənin “Nyukasl” klubu baş məşqçi axtarışlarını davam etdirir. Stiv Brüsü istefaya göndərən Premyer Liqa təmsilçisinin yeni rəhbərləri bu vəzifəyə Erik Ten Haqı gətirməyi planlaşdırır.

Nyukasllılar Niderland “Ayaks”ının baş məşqçisini razı salmaq üçün cəlbedici təklif hazırlayıb. Mütəxəssisə mövsümə 13 milyon avro maaş təklif olunur.

Bu, Premyer Liqada 3-cü göstərici ola bilər. Yalnız Yurgen Klopp və Pep Qvardiolanın maaşı daha yüksəkdir. Ten Haqın “Ayaks”la müqaviləsi 2023-cü ilin yayında bitəcək. Bu üzdən onun təklifi qəbul etməsi inandırıcı sayılmır.

ETOPAZ

Əvvəlki yazı

Tolisso “Bavariya” ilə müqaviləni uzatmadı

Növbəti yazı

“San-Antonio”nun tarixində ilk