Ten Haq: “Ronaldonu komandada görmək istəmirəm”

Ten Haq: “Ronaldonu komandada görmək istəmirəm”

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq komandasının futbolçusu Kriştiano Ronaldonun qalmaqallı müsahibəsinə biganə qalmayıb. Niderlandlı mütəxəssis məsələ ilə bağlı klub rəhbərliyi ilə görüşüb.

O, portuqaliyalı ulduzu komandasında görmək istəmədiyini bəyan edib. Ten Haq bildirib ki, Ronaldo bundan sonra “Mançester Yunayted”də çıxış edə bilməz.

Mançester təmsilçisinin rəhbərliyi isə vəziyyətdən çıxış yolları axtarmaq üçün hüquqi konsultasiyalara başlayıb. Ten Haq hazırda yaxşı formada olan Kriştianonun komandaya xeyir verə biləcəyinə əminliyini gizlətməyib.

Amma niderlandlı bunun komanda daxilindəki atmosferi korlamasını istəmir. Bu üzdən də Ronaldonun yanvarda göndərilməsinin tərəfdarıdır.

Qeyd edək ki, Premyer Liqa klubunun təcrübəli futbolçuları da Kriştianonun belə müsahibə verməsini narazılıqla qarşılayıb.

ETOPAZ

Əvvəlki yazı

Depaydan ”Barselona”ya şərt

Növbəti yazı

Günün kuponu – 16.11.2022