Ten Haq Mourinyonu keçdi

Ten Haq Mourinyonu keçdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yeni rekorda imza atıb. Mütəxəssis “qırmızı şeytanlar”ın sükanı arxasında debüt mövsümündə bütün yarışlarda ən çox qələbə qazanan çalışdırıcı adına yiyələnib.

Mançesterlilər Premyer Liqanın 36-cı turunda “Vulverhempton”a qalib gəlib – 2:0. Bu qələbə niderlandlı üçün cari mövsümün bütün turnirlərində 38-ci olub.

Bunadək rekord Joze Mourinyoya məxsus idi. 2016/17 mövsümündə o, “Mançester Yunayted”lə bütün yarışlarda 37 matçda qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Morata İtaliyaya dönə bilər

Növbəti yazı

Keyn Salahın göstəricisini təkrarladı