Ten Haq “Mançester Yunayted” yolunda

Ten Haq “Mançester Yunayted” yolunda

Erik ten Haq “Mançester Yunayted”lə danışıqlara başlayıb. “Ayaks”ın baş məşqçisi iki gün əvvəl ingilis klubunun rəsmiləri ilə görüşüb.

Mövsüm bitmədən Ralf Ranqnikin yerinə baş məşqçi axtaran “qırmızı şeytanlar”ın bu posta alternativləri də var. Rəhbərlik ten Haqla yanaşı, Maurisio Poçettino, Xulen Lopeteqi və Luis Enrike ilə də danışıq masası arxasında əyləşməyi planlaşdırır.

Ancaq “Çelsi”nin çalışdırıcısı Tomas Tuxelin adı bu siyahıda yoxdur. “Mankunianlar” aprelin sonuna kimi yekun qərarını verməyə və mövsüm başa çatdıqdan dərhal sonra yeni baş məşqçi təyinatını açıqlamağa çalışır.

Qeyd edək ki, Erik ten Haqın “Ayaks”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən yaxşı gənc futbolçuları

Növbəti yazı

“Sakramento”nun iki oyunçusu mövsümü bitirdi