Tauns klub rekordunu yenilədi

Tauns klub rekordunu yenilədi

“Minnesota”nın orta sahə oyunçusu Karl-Entoni Tauns klub rekordunu yeniləyib. O, “San Antonio” üzərində 149:139 hesablı qələbədə 60 xal toplayıb.

Karl-Entoni 36 dəqiqədə 60 xal yığıb, 17 ribaund və 3 məhsuldar ötürmə edib. Bu göstərici mövsümdə istənilən oyunçunun ən yaxşı nəticəsidir. Yalnız əfsanəvi Uilt Çemberlen, Elcin Baylor, Maykl Cordan, Şakil O’Nil, Karl Meloun və Corc Mikan bir matçda 60 xal və 17 ribaund yığmağı bacarıb.

Tauns üçüncü rübdə 32 xal toplayıb. Son 25 ildə bu, NBA-da 4-cü nəticədir. O, bu göstəricidə yalnız Kley Tompson (37 xal), Kevin Lav (34) və Karmelo Entonidən (33) geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada ikinci dəfə

Növbəti yazı

Nadaldan 400-cü qələbə