Tarixin ikincisi – İzner

Tarixin ikincisi – İzner


ABŞ tennisçisi Con İzner tarixi nailiyyətə imza atıb. 36 yaşlı idmançı Tsintsinatti şəhərindəki “Masters” turnirində Kemeron Norrini məğlubiyyətə uğradıb – 4:6, 7:6, 6:4. Amerikalı tennisçi bu qarşılaşmada 26 eysə imza atıb.
Bununla da İznerin karyerası ərzində topu oyuna daxil edərkən qazandığı xalların sayı 13004-ə çatıb. O, tennis tarixində 13 mindən çox eys edən ikinci raketka ustasıdır.
Bunadək yalnız xorvatiyalı İvo Karloviç bunu bacarıb. O, 13709 dəfə eysə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Çempion “US Open”dən kənarda qaldı

Növbəti yazı

Maykl Cordan Messidən pul qazanır