Tarixin dördüncüsü

Tarixin dördüncüsü

Avstraliyalı Eşli Barti 2021-ci ili dünyanın 1-ci raketkası kimi başa vuracaq. Yekun turnirinə qatılmayacaq tennisçi reytinqin ilk sırasındakı mövqeyini qoruyacaq.

O, ardıcıl 3-cü dəfə ili zirvədə bitirəcək. Eşli bunu bacaran 4-cü qadın tenniçidir.

Onadək yalnız üç nəfər bunu bacarıb. Bunlar Serena Uilyams, Şteffi Qraf, Martina Navratilova və Kris Evertdir.

Barti həm də 1-ci pillədə 100 həftə keçirən 8-ci qadın tennisçi olacaq. Avstarliyalıya qədər buna Jüstin Enen, Monika Seleş, Martina Hingis, Kris Evert, Serena Uilyams, Martina Navratilova və Şteffi Qraf imza atıb.

ETOPAZ

Əvvəlki yazı

UEFA Almaniya klubunu cəzalandırdı

Növbəti yazı

Ronaldodan yeni rekord