Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. 36 yaşlı hücumçu “İnstaqram” tarixinə bir paylaşımı ən çox bəyənmə toplayan idmançı kimi düşüb.

Bu, Ronaldonun sevgilisi Corcina Rodrigeslə əkiz uşaqlarının olacağı ilə bağlı paylaşımıdır. Bu şəkil artıq 27 milyondan çox bəyənilib.

Kriştianoya qədər “İnstaqram”da idmançıların ən populyar paylaşımı Lionel Messiyə məxsus idi. Argentinalının PSJ-nin formasında poza verdiyi şəkil 22 milyondan çox insan tərəfindən bəyənmişdi.

ETOPAZ

Əvvəlki yazı

Tarixin dördüncüsü

Növbəti yazı

“Toronto”dan G-liqasına