Taker “Filadelfiya”da
Pi Cey Takerin yeni klubu bəlli olub. Təcrübəli hücumçu “Filadelfiya”da çıxış edəcək.
Ötən mövsümdə “Mayami”də forma geyinən Taker komandasının konfrans finalınadək irəliləməsinə kömək edib. O, hər matçda 7,6 xal və 5,5 ribaunda imza atıb.
Pi Cey 3 illik müqavilə imzalayıb. Bu anlaşmanın dəyəri 33,2 milyon dollardır.