Şventekdən asan qələbə
Dünyanın 9-cu raketkası İqa Şventek “Australian Open”də növbəti qələbəsini qazanıb. O, 3-cü mərhələdə Darya Kasatkinaya qalib gəlib – 6:2, 6:3.
Polşalı tennisçi “Böyük dəbilqə”lərdə ardıcıl 6-cı dəfə ikinci həftəyə yüksəlib. İqa Melburnda ardıcıl üçüncü dəfə 1/8 final həyəcanı yaşayacaq.
Qeyd edək ki, Şventekin növbəti mərhələdəki rəqibi Anastasiya Pavlyuçenkova və Sorana Kirsta arasında görüşdə müəyyənləşəcək.