Şventekdən 7-ci quru set

Şventekdən 7-ci quru set

Dünyanın birinci raketkası İqa Şventek Madriddəki turnirin yarımfinalına yüksəlib. Polşalı tennisçi 1/4 finalda Petra Martiçi məğlub edib – 6:0, 6:3.

İlk setdəki quru hesab İqanın mövsümdə 7-ci belə qələbəsi olub. O, bir qeym də uduzmadığı setlərin sayında mövsümün rekordçusudur.

Karyerasında 8-ci dəfə WTA1000 səviyyəli turnirin yarımfinalına yüksələn Şventek bunların beşində titula sahib çıxıb. O, finalın bir addımlığında Veronika Kudermetova ilə görüşəcək.

e-Topaz

Əvvəlki yazı

Vlahoviç “Böyük beşlik”də “60”a çatdı

Növbəti yazı

Messiyə ağlasığmaz təklif