Şventek “WTA 500” turnirindən imtina etdi

Şventek “WTA 500” turnirindən imtina etdi

İqa Şventek gələn həftə Çarlstonda keçiriləcək “WTA 500” turnirindən imtina edib. O, əlində zədə olduğunu və bu səbəbdən dincələcəyini açıqlayıb.

Bu mövsüm Şventek beş turnirdə iştirak edib. O, Adelaidada və “Australian Open”də yarımfinala yüksəlib, Doha, İndian-Uells və Mayamidə titullar qazanıb.

Həmçinin, İqa ardıcıl 17 görüşdə qalib gəlib. O, bazar ertəsi açıqlanacaq reytinq siyahısında dünyanın birinci raketkasına çevriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul” Salahla müqaviləni uzadacaq

Növbəti yazı

“Neftçi” – “Zirə” oyununda sülh