Şventek “Rolan Qarros”un qalibidir

Şventek “Rolan Qarros”un qalibidir

Dünyanın birinci raketkası İqa Şventek “Rolan Qarros-2022”nin çempionu olub. 21 yaşlı polşalı finalda 18 yaşlı Kori Qaufdan üstün olub – 6:1, 6:3.

O, peşəkar tennisdə (WTA və ITF səviyyəsində) 17 finaldan 16-da qalib gəlib. Yeganə məğlubiyyəti 2019-cu ildə Luqanoda Polona Qertsoqa qarşı debüt WTA finalında alıb (3:6, 6:3, 3:6).

Şventekin 35 matçlıq qələbə seriyası sürür. Bu, qadın tennis tarixində yeddinci ən uzun qələbə seriyasıdır.

ETOPAZ

Əvvəlki yazı

De Xea kapitan ola bilər

Növbəti yazı

“Milan “Leypsiq”in hücumçusuna “elçi düşdü”