Sürpriz kupon – 31.05.2023
“Breda” – “Utrext” – QOL/QOL
“Utrext” Erediviziyada mövsümün yekununa görə 18 komanda arasında 16-cı oldu. İndi yüksək liqada yerini qorumaq üçün 2-ci diviziondan eyni məqsəd üçün çarpışan “Breda” ilə 2 oyunluq dueldən qalib ayrılmalıdır. Hər iki oyunun final xarakterli, komandaların isə hücum futboluna üstünlük verən Niderland klubları olmasını nəzərə alaraq qarşılıqlı qollar olacağını təxmin edirəm.
“Sevilya” – “Roma” – cüt şans x2
Bəlkə də əksəriyyət Avroliqada ən çox çempion olmuş “Sevilya” nı finalın favoriti sayır. Amma Joze Mourinyonun “Roma”sına güvənirəm. Ən azı əsas vaxtda məncə, romalılar “Sevilya”ya uduzmayacaq.
“Utsikten” – “Erebro” – cüt şans x2
“Utsikten” İsveçin 2ci liqasında 9 oyundan 20 xalla liderdir. Cəmi bir dəfə uduzublar. Onlardan 10 xal az toplayan və autsayderlər qrupunda qərarlaşan “Erebro” ilə matçda da favorit sayılırlar. Amma bu görüşdə sürpriz hesaba mərc edirəm. Məncə, qonaqlar bu oyunu uduzmayacaq.