Sürpriz kupon – 30.12.2023
“Aston Villa” – “Börnli” – QOL/QOL
Son 2 turda cəmi 1 xal qazanan “Aston Villa” Yeni ilə qələbəylə qarşılamaq üçün var gücünü ortaya qoyacaq. Amma “Börnli”yə də “autsayder” deyib, keçməyin. Qonaqların uduzsa belə, qol vuracağına inanıram. 1,80 aşağı əmsal deyil ki…
“Atalanta” – “Leççe” – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyunlardan biridir. Fasiləyə qədər hesabdakı bərabərliyin pozulacağını təxmin edirəm.
“Nyukasl Jets” – “Vestern Yunayted” – cüt şans x2
“Vestern Yunayted” Avstraliya liqasında sonuncu yerdə qərarlaşdığından oyunun favoriti meydan sahibi sayılır. Amma “Nyukasl Jets” də hazırda yaxşı vəziyyətdə deyil. Rəqibindən cəmi 3 xal artıq toplayıb. Aralarındakı oyunların statistikasına baxanda “Nyukasl Jets”in son 8 dueldən yalnız birində “Vestern”ə qalib gəldiyi görünür. Məncə, bu oyunda da qonaqlar məğlub olmayacaq.