Sürpriz kupon – 30.12.2021

Sürpriz kupon – 30.12.2021

“Bornmut” – “Kardiff” – ALT2.5

Çempionşipin lideri “Bornmut” aşağı pillələrdə qərarlaşan “Kardiff”i qəbul edir. Maraqlıdır ki, qonaqlar “Bornmut” üçün uğursuz rəqib sayılır. Qonaqlar 25 matçda 39 qola məyus olub. Səfərdə oynamasına rəğmən sürpriz istisna edilmir.

“Stok Siti” – “Derbi” – ÜST2.5

“Derbi” Çempionşipin ən uğursuz komandasıdı. 23 oyunda 21 qola məyus olan qonaqlar cəmi 7 xal toplayıb. “Stok Siti” 8-cı sırada qərarlaşıb. Son oyunda “Midlsbro” ilə 0-0 oynayan “Stok Siti” bu görüşə qələbə üçün çıxacaq. Fikrimcə ən uyğun seçim ÜST2.5-dir.

“Nottingem Forest” – “Haddersfield” – QY

Turnir cədvəlində bu komandalar arasında 2 xal fərq var. “Haddersfield” 6, “Nottingem Forest” isə 9-cu yerdədir. Son iki görüşdə qonaqlar qələbə qazanıb – bir görüşdə “Nottingem Forest”, biri “Haddersfield” 3 xal qazanıb. Bu dəfə QY seçimini edirəm, fikrimcə qonaqlar qol vura bilməyəcək.

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.12.2021

Növbəti yazı

“Mançester Siti”dən rekordlar, Qvardioladan ilk