Sürpriz kupon – 30.11.2021

Sürpriz kupon – 30.11.2021

“Salernitana” – “Yuventus” – QQ

A seriyasına qayıdan “Salernitana” cari mövsüm 11 qol vurub. “Yuventus”un müdafiədə olan problemləri hamıya məlumdur. Fikrimcə açıq futbol nümayiş olunacaq və hər iki komanda qol vuracaq.

“Nyukasl” – “Norviç” – QQ

Turnir cədvəlinin son pillələrində qərarlaşan “Nyukasl” və “Norviç” üçün itiriləcək heç bir şey yoxdur. Əksinə “zirzəmi”dən xilas olmaqdan ötrü qələbə hər ikisinə lazımdır. Fikrimcə bu komandaların duelində bol qollu oyun izləyəcəyik.

“Verona” – “Kalyari” – ÜST2.5

Autsayder “Kalyari” A seriyasının əksər oyunlarında meydanı qolsuz tərk etmir. 10-cu pillədə qərarlaşan “Verona” zəif rəqiblərlə matçda hücum futboluna üstünlük verir. Meydan sahibləri qələbə üçün irəli atılacaq, qonaqlar da əsk hücumda bəxtini sınayacaq. Görüşün məhsuldar alınacağını fikirləşirəm.

“Salernitana” – “Yuventus” – QQ – 2

“Nyukasl” – “Norviç” – QQ – 1.68

“Verona” – “Kalyari” – ÜST2.5 – 1.64

CƏMİ: 5.51

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.11.2021

Növbəti yazı

Bundesliqa klubunda baş məşqçi dəyişikliyi