Sürpriz kupon – 30.03.2022
Çili – Uruqvay – 2
Bəlkə də əksəriyyət bu görüşdə Çilinin qələbəsinə inanır. Axı, mundiala vəsiqəni təmin etmiş Uruqvay üçün nəticənin əhəmiyyəti yoxdur. Amma Çili yığması qalib gəlsə belə, taleyi öz əlində deyil. Onların pley-offa çıxması üçün həm Peru, həm də Kolumbiya xal itirməlidir. Bəxt isə çətin ki, Vidal, Sançes və yoldaşlarının üzünə bu dərəcədə gülsün. Qısası, Çili özü də möcüzəyə inanmadığından daha yüksək əmsalı oyun 2 variantına güvənirəm. Hərçənd heç-heçə variantı da ağlabatandır.
Peru – Paraqvay 1,5 üst
Peru üçün qələbə həyati əhəmiyyət daşıyır. İtiriləsi heç nəyi qalmayan Paraqvay isə rahat, açıq futbol oynayacaq. 2,5 üst riskli olduğundan bu qarşılaşma üçün 1,5 üst variantını daha etibarlı sayıram.
Ekvador – Argentina 2,5 alt
Hər iki komanda dünya çempionatına vəsiqəni təmin edib. Daha çox heç-heçə ehtimalına güvənirəm. Amma hər ehtimala qarşı daha etibarlı 2,5 alt variantını seçirəm.