Sürpriz kupon – 29.08.2024

Sürpriz kupon – 29.08.2024

Puşkaş Akademiya – Fiorentina 2

İlk oyunda qeydə alınan 3-3 hesablı bərabərlik hamı üçün sürpriz oldu. Bəlkə də Macarıstan klubunun öz evində də Fiorentinaya problem yaradacağını gözləyənlər var. Mən isə belə düşünmürəm. Məncə, italyanlar səfərdə məsələni öz xeyrinə həll edəcək.

Elfsborq – Mölde 2,5 ÜST

Norveçdə keçirilən ilk oyunda qonaq komanda “Elfsborq” 0:1-lik qələbə qazanıb. Cavab matçında da qonaq komandanın cüt şansına mərc etmək olar. Amma məncə, daha real variant 2,5 üstdür. İlk oyundan fərqli bu dəfə açıq oyun olacağını düşünürəm. Oyun 2 və ya 2,5 Üst seçiminizi edin, mən sonuncu variantı seçdim.

Las Palmas – Real Madrid QOL/QOL

“Real”a qarşı bütün rəqiblər əzmlə oynayır. “Las Palmas” da doğma azarkeşləri önündə nüfuzlu rəqibinə azı 1 qol vurmağa çalışacaq, və fikrimcə, “Real”ın da buna cavabı olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 29.08.2024

Növbəti yazı

Rəşad Sadıqov: “Komandamdan sabah əzmkar, aqressiv oyun gözləyirəm”