Sürpriz kupon – 29.03.2024
“Austriya” – “Blau Vays Lints” – 1-ci hissə cüt şans 12
Avstriya çempionatında sürpriz nəticələrə tez-tez rast gəlinir. Ona görə bu oyunda klassik 1×2 variantlarından vaz keçdim. Qollu qarşılaşma gözlədiyimdən bərabərliyin 1-ci hissədə pozulacağına mərc edirəm.
“İkzeter Siti” – “Çarlton” – 2
İngiltərənin 1-ci liqasında yarışan bu komandalar cədvəldə qonşudur. “İkzeter Siti” rəqibini 2 xal qabaqlamaqla 15-ci, “Çarlton” 16-cıdır. “İkzeter Siti” son 3 turun 2-də qələbə qazanıb, birində heç-heçə edib. “Çarlton” isə ardıcıl 8 oyundur uduzmur. Aralarındakı son 6 matçın hamısında da “Çarlton” bu rəqibi məğlub edib. Fikrimcə, bu dəfə də elə olacaq.
“Piterbro” – “Karlayl” – ən çox qol vurulduğu hissə – 2-ci hissə
Bu matç barəsində fikirlərimi “günün kuponu”nda bildirmişəm. Məhsuldar oyun olacağını gözləyirəm və fikrimcə, 2-ci hissədə azarkeşlər hesabın daha çox dəyişdiyini görəcəklər.