Sürpriz kupon – 27.06.2024

Sürpriz kupon – 27.06.2024

Sao Paolo – Criciuma 3,5 ÜST

Günün kuponunda qeyd etdiyim kimi Sao Paolonun böyük hesablı qələbə qazanacağını düşünürəm. Qonaqların da qol vuracağını ehtimal edirəm. Sürpriz kupon olduğunu nəzərə alaraq, əmsalı artırmaq üçün 3,5 üst mərcinə risk etməyə dəyər.

Fluminense RJ – EC Vitoria X2

Bəlkə də çoxları mövsümə yaxşı başlamayan Fluminensenin nəhayət qələbə qazanacağını düşünür. Məncə bu, Vitoria ilə oyunda da baş verməyəcək. Hətta, qonaqların qələbə qazanacağını ehtimal edirəm. Risk almamaq üçün Vitoria bu görüşdə uduzmayacaq mərci daha uyğun olar.

Pacific FC – Vancouver Langley FC 2

Bukmekerlər meydan sahiblərini şanslı hesab edir. Lakin, Vankuver təmsilçisi heç də zəif rəqib deyil. Turnir cədvəlindəki vəziyyət belə düşünməyə əsas verir. 3.30 əla əmsaldır. Sürpriz kupon olduğunu nəzərə alıb, risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.06.2024

Növbəti yazı

İngiltərə millisində ayrılıq