Sürpriz kupon – 27.03.2024

Sürpriz kupon – 27.03.2024

Lion – Benfika QOL/QOL
Qadın futbolçular arasında ¼ final mərhələsinin cavab görüşləri keçirilir. Portuqaliya təmsilçisi ilk oyunda 1-2 hesabıyla uduzub. Ona görə ilk dəqiqələrdən hücuma atılacaqlarını fikirləşirəm. “Benfika”nın meydanı qolsuz tərk edəcəyini inanmıram. Fransa təmsilçisi isə ümumiyyətlə 90 dəqiqənin yekununda qalib olacaq.

Argentina – Kosta-Rika QOL/QOL
Yoldaşlıq oyununda Messinin həmyerliləri favorit sayılır. Amerika Birləşmiş Ştatlarında keçiriləcək oyun daha çox azarkeş marağına hesablanıb. Messinin oynadığı ölkədə bu dəfə ulduzun milli komandası meydana çıxacaq. Kosta Rika millisinin Argentinaya müqavimət göstərəcəyini fikirləşirəm.

Peru – Dominikan QOL/YOX
Dominikan Respublikasının komandasının Peruya qol vuracağına inanmaq əsl sürpriz sayıla bilər. Əsasən Aruba və Barbados kimi komandalarla mübarizə aparan Perunun bu matçda rəqibə güzəştə gedəcəyinə inanmıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.03.2024

Növbəti yazı

“Barselona”da ayrılıq