Sürpriz kupon – 27.01.2023
Standard – Eupen 1
Meydan sahibləri yüksək yerlər uğrunda mübarizə aparır. Qonaqlar isə əksinə, autsayderlər sırasındadı. Komandalar arasında keçirilmiş son 5 oyundan 4-nü “Standard” udub və qalib gəldiyi bu oyunlarda 1 qol da buraxmayıb.
Stal – Lex 2
Polşa çempionu mövsümə uğursuz başlayıb. Bu oyun lider “Rakuv”a çatmaq üçün poznanlıların bəlkə də son şansıdı. Daha usta komanda olan “Lex”in qələbə qazanacağını düşünürəm.
Əlcəzair – Kot d-İvuar QOL/QOL
Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində “qara qitə”nin iki güclü futbol yığması üz-üzə gələcək. Bu oyunu bəlkə də erkən final da adlandırmaq olar.
Qitə birinciliyinin ev sahibi Əlcəzairin şansları bir qədər yüksək dəyərləndirilsə də, qonaqlar da asanlıqla təslim olacaq rəqib deyil. Risk edib cəlbedici əmsal verilən Qol/Qol variantını sınamaq olar.