Sürpriz kupon – 26.07.2022
“Şemrok Rovers” – “Ludoqorets” – 2
İrlandiya çempionatının lideri ən yaxın izləyicisini 7 xal qabaqlayır. Bununla belə ilk matçda meydan sahibləri 0-3 hesablı məğlubiyyətə uğrayıb. Bolqarıstan çempionatında 3 oyuna 7 xal toplayan “Ludoqorets” cavab matçında əsas heyətin bəzi üzvlərinə istirahət verəcək.
“Veles Sarsfild” – “Hurakan” – 2
Argentina çempionatının 10-cu turu. 9 oyundan sonra 26-cı yerdə olan “Veles Sarsfild” 7 xalla autsayderlərdən sayılır. Qonaqlar Argentina Peşəkar Liqasında liderdən 3 xal geri qalır. “Hurakan” ardıcıl 8 matçda məğlub olmamaqla uğurlu seriya əldə edib.
TNS – “Reykyavik” – Q/Q
Meydan sahibləri avrokuboklara mübarizəyə ÇL-də başladı. Amma ilk mərhələdə “Linfild”ə uduzmaqla (1-2) turniri tərk etdi. İndi TNS UEFA Konfrans Liqasında cavab oyununa çıxır. İlk görüşdə 2-0 hesablı qələbənin müəllifi “Reykyavik” cavab duelinin favoritidir. Qonaqlar son oyunlarda məhsuldar nəticə ilə diqqəti cəlb edir.