Sürpriz kupon – 26.03.2022
Qətər – Bolqarıstan – QOL/QOL
Qətər ciddi-cəhdlə ilin sonunda ev sahibi olacağı mundiala hazırlaşır. Komanda keçirdiyi son 7 matçın hamısında qol vurub. Fikrimcə, ərəblər doğma meydan amilindən istifadə edib “ənənəni” davam etdirəcək. Bolqarıstanın da “borclu” qalmayacağını düşünürəm.
“Vellinqton Finiks” – “Pert Qlori” – 2,5 ÜST
Hər iki komanda son turda ağır məğlubiyyət alıb. Azarkeşlər qarşısında bəraət üçün bu tur qələbə qazanmağa çalışacaqlar.
İrlandiya – Belçika – QOL/QOL
Yoldaşlıq matçları üçün proqnoz vermək həmişə çətindir. Seçmə mərhələ oyunu olsaydı, dünya reytinqində lider olan Belçikanın qələbəsinə mərc edərdim. Belədə isə daha ehtiyatlı varianta – qol/qola üstünlük verirəm.