Sürpriz kupon – 25.12.2021

Sürpriz kupon – 25.12.2021

“Trabzonspor” – “Başakşəhər” – x

Ən yaxın izləyicisini 9 xal qabaqlayan trabzonlular inamla liderliyini davam etdirir. Komanda ardıcıl 12 turdur heç-heçə oynamır. Riskli olsa da, heç-heçənin məhz bu tura – 3-cü yerdəki “Başakşəhər”lə matça təsadüf edəcəyini düşünürəm. Sonuncu dəfə öz meydanında “Başakşəhər”ə 6 il əvvəl qalib gələn “Trabzonspor” üçün sindromun davam edəcəyini gözləyirəm. Oyun 2 variantı da mümkündür. Sadəcə, intuisiyam x deyir.

“Hapoel Təl Əviv” – “Hapoel Kiryat Shimon” – 2,5 alt

Tərəflərin öz aralarındakı son 8 görüşün yalnız biri 2,5 üst bitib. Hər iki komanda bu mövsüm qol sayında aşağı göstərici ilə diqqət çəkir. Turnir cədvəlində qonşu olan komandaların duelinin x-la bitəcəyinə də inamım var. Amma heç-heçə ilə müqayisədə oyun x daha etibarlı variantdır.

“Zamalek” – “Ghazl El Mahalla” – 2,5 üst

Misir Liqasında məhsuldar oyunların sayı az olur. Hər tur 2-3 matç 2,5 üstlə bitər, ya bitməz. 8-ci turda 2,5 üst gözlədiyim oyunlardan biri məhz bu qarşılaşmadır. Tərəflərin öz aralarında keçirdiyi 6 matçın 5-də üst qeydə alınması da bu varianta əminliyimi artırır.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 25.12.2021

Növbəti yazı

“Fənərbaxça”dan Lövə təklif