Sürpriz kupon – 25.10.2023
PSJ – “Milan” – 2,5 ALT
Hər iki komandanın hücum potensialı bəlkə də əksəriyyətdə bu oyunun bol qollu keçəcəyinə inam yaradıb. Amma nəzərə alaq ki, “Milan”ın qrupda ilk 2 oyunu eyni hesabla – 0:0-la yekunlaşıb. Üstəlik, bu komandalar arasında baş tutan 5 oyunun hamısı 2,5 altla bitib.
“Antverpen” – “Porto” – 2
“Porto” ÇL təcrübəsinə və heyətinə görə Belçika təmsilçisini üstələyir. Bu duel bəlkə də qrupdan pley-offa 2-ci vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. “Porto” belə həlledici oyunlarda rəqibi ilə müqayisədə daha yaxşı oynayır.
“Feyenoord” – “Latsio” – 1-ci hissə cüt şans 12
Bu variantın əmsalı 1, 55-lə qiymətləndirilir. Məncə, dəyərləndirmək olar. Hər iki komandanın hücum potensialı hesabdakı bərabərliyin elə ilk yarıda pozulmasına imkan verir.