Sürpriz kupon – 24.08.2022
“Uikomb” – “Bristol Siti” – 2,5 ALT
İngiltərə Liqa Kubokunun 1/32 finalında 1-ci liqa klubu Çempionşip təmsilçisi “Bristol Siti”ni qəbul edir. “Uikomb”un 1-ci liqada son oyunları 2,5 üstlə bitsə də, bu görüşdə güclü rəqib qarşısında ehtiyatlı oyuna üstünlük verəcəyini gözləyirəm.
PSV – “Qlazqo Reyncers” – 1
İlk oyundakı bərabərlikdən (2:2) sonra duelin taleyi Eydhovendəki matçda həll olunacaq. Ruud van Nistelroyun komandası daha aqressiv, hücum futbolu nümayiş etdirir. “Reyncers” zəif rəqib olmasa da, səfərdə PSV-dən üstün olacağını düşünmürəm. Bəlkə də bu duelin taleyi əlavə vaxt və ya penaltilər seriyasında həll olunacaq.
“Trabzonspor” – “Kopenhagen” – 2,5 ALT
Danimarka çempionu ilk oyunda qazandığı 2:1-lik üstünlüyü qorumaq üçün müdafiəyə daha çox diqqət edəcək. “Trabzonspor”un hücum xətti isə ilk oyunda o qədər də yaxşı təsir bağışlamamışdı. Fikrimcə, bu görüşdə maksimum 2 qol vurular.