Günün kuponu – 24.08.2022

Günün kuponu – 24.08.2022

“Tranmer” – “Nyukasl” – QOL/QOL

İngiltərə Liqa Kubokunun 1/32 finalında “Nyukasl” 2-ci liqa klubu “Tranmer”in qonağı olacaq. Kubok yarışlarının bu mərhələsində adətən aşağı liqa təmsilçiləri favoritlərə sürpriz etməyə çalışır. Sürpriz hesab olacağına əminliklə deyə bilmərəm, amma qarşılıqlı qollar vurulacağına inamım çoxdur.

PSV – “Qlazqo Reyncers” – 2,5 ÜST

Şotlandiyakı ilk görüş məhsuldar heç-heçə ilə bitib – 2:2. ÇL-in qrup mərhələsinə vəsiqə uğrunda bu matç da gərgin keçəcək. Hər iki komandanın hücum potensialını nəzərə alsaq, 2,5 üst variantına mərc etmək olar.

“Dinamo Zaqreb” – “Bodo Qlimt” – 2,5 ÜST

Norveçdəki ilk oyunda 0:1 uduzan “Dinamo Zaqreb” revanş üçün var gücünü sərf edəcək. “Bodo Qlimt” də “möhkəm komanda” imicini təsdiqləyib. Açıq futbol, məhsuldar oyun gözləyirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Barselona”da ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 24.08.2022