Sürpriz kupon – 24.03.2022

Sürpriz kupon – 24.03.2022

Estoniya – Kipr – ÜST2.5

UEFA Millətlər Liqasında Estoniya millisi Kipri qəbul edəcək. Hər iki komandanın son nəticələri qənaətbəxş deyil. Estoniya son 7 matçdan yalnız birində qələbə qazanıb. Kipr isə son dəfə 12 ay əvvəl qələbə qazanıb. Maraqlıdır ki, komandalar bir həftə sonra Kiprdə üz-üzə gələcək.

Uruqvay – Peru – ALT2.5

Uruqvay millisi mundiala vəsiqə verən son yer – dördüncü sırada qərarlaşıb. Beşinci pillədə Peru dayanır. Bu yer Peru millisinə pley-offda iştirak şansı yaradır. Amma komanda gərək bu yeri qorumağı bacarsın.

Kolumbiya – Boliviya – QOL/YOX

Son iki matçda qələbə Kolumbiyanı pley-off mərhələsinə daşıya bilər. Amma bu real görünmür. Çünki digər komandaların mövqeyi və topladıqları xal Kolumbiyanın planları ilə üst-üstə düşmür. Rəqiblər Cənubi Amerika üzrə seçmə mərhələdə 7-8-ci yerlərdə qərarlaşıb.

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 24.03.2022

Növbəti yazı

İtaliya millisində koronavirus təhlükəsi