Sürpriz kupon – 24.01.2022
Kamerun – Komoros – ÜST3.5
Kamerun təşkilatçı ölkə olduğundan onların bu mərhələdə mübarizəni dayandıracağı real deyil. Üstəlik komanda rəqibdən daha güclü hesab edilir. Komoros 1 qələbə sayəsində pley-offa çıxmaqla maksimum nəticəyə imza atdı. Meydan sahiblərindən məhsuldar qələbə gözləyirəm.
“Alkorkon” – “Mirandes” – ÜST2.5
Sequndanın autsayderləri “Alkorkon”un stadionunda üz-üzə gələcək. Təhlükəli zonadan uzaqlaşmağa çalışan qonaqlar 22 komanda arasında 18-ci yerdədir. “Alkorkon” isə son pillədə qərarlaşıb və xilas olmağı möcüzəyə bərabərdi. Açıq futbol sərgiləyəcək komandalardan ÜST2.5 seçimini doğruldacağını gözləyirəm.
“Porto” – FK Famaliko – ÜST2.5
Portuqaliya çempionatında lider “Porto” autsayderlərdən olan “Famaliko”nu qəbul edir. Bir oyun az keçirən meydan sahibləri ən yaxın izləyicisini 3 xal qabaqlayır. Ardıcıl 13 oyunda daxili yarışlarda qələbə qazanan “Porto” aşkar favorit sayılır. Bu görüşdən inamlı qələbə gözləyirəm.