Sürpriz kupon – 23.05.2024

Sürpriz kupon – 23.05.2024

Beşiktaş – Trabzonspor X

Türkiyə kubokunun sahibinin məlum olacağı görüş hər iki tərəf üçün titul baxımından çox önəmlidir. Final matçı olduğundan komandaların ehtiyatlı davranacağını ehtimal edirəm. Zənnimcə, kubokun qalibi əlavə vaxtda bəlli olacaq və 90 dəqiqə heç-heçə bitəcək.

Kalyari – Fiorentina 3,5 ÜST

Bu oyunun bol qollu olacağı ehtimalını günün kuponunda da qeyd etmişəm. Hətta azı 4 qolun vurulacağını da güman edirəm. Sürpriz kupon olduğunu nəzərə alaraq, bu riskə dəyər.

Əl Riyad – Əl Nəsr 1-ci hissə qol cəmi 1,5 ÜST

Düşünürəm ki, bizi bol qollu derbi gözləyir. Hətta ilk hissədə azı 2 olun vurulacağını güman etmək olar. Odur ki, sürpriz kuponda 1-ci hissə qol cəmi 1,5 Üst mərcini seçə bilərsiniz.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 23.05.2024

Növbəti yazı

Modriç “Real”da qalacaq