Sürpriz kupon – 22.04.2022
“Tvente” – “Sparta Rotterdam” ÜST 2,5
“Tvente” avrokuboklara vəsiqə qazanmağa yaxındır. Ron Yansın komandası hazırda 4-cü yeri tutur və 3-cü pillədə olan “Feyenoord”dan 3 xal geri qalır. “Tvente” sonuncu dəfə fevralın 13-də “Ayaks”a 0:5 uduzduqdan sonra 7 görüşdür məğlub olmur.
Təhlükəli zonada olan “Sparta Rotterdam”ın məqsədi Erediviziyada qalmaqdır. Rotterdam klubu ardıcıl 2 məğlubiyyətdən sonra ötən tur səfərdə “Vitess” üzərində minimal hesabla qələbə qazandı.
I dövrədə keçirilən oyunda “Tvente” səfərdə rəqibinin qapısından 1 cavabsız top keçirmişdi. Bu komandalar arasında son matçlarda az qol vurulsa da, bu dəfə hər iki tərəfə qələbə lazımdır.
“Haddersfild” – “Barnsli” 1
“Barnsli” Championship-i tərk etməyə əsas namizəddir. Komanda hazırda 30 xalla sonuncu – 24-cü yeri tutur. Haddersfild” isə İngiltərə Premyer Liqasına vəsiqə qazanmaq üçün “döyüşür”.
Hər iki baş məşqçini heyətdə olan problemlər düşündürür. “Haddersfild” öz meydanında qələbə şansını əldən verməməlidir.
“Senderiysk” – “Veyle” QOL/QOL
Son pillələri tutan klublar Danimarla Superliqasında qalmaq uğrunda mübarizə aparırlar. “Veyle” “Senderiysk”i cəmi 2 xal qabaqlayır. Bu komandalar arasında son 3 matçda qol/qol qeydə alınıb. Bu dəfə də hər iki tərəfə qələbə lazımdır deyə, qarşılıqlı qollar görə bilərik.