Sürpriz kupon – 21.11.2021
“Cenoa” – “Roma” – Q/Q
Andrey Şevçenkon “Cenoa”nın baş məşqçisi kimi ilk matçına iki əsas oyunçusuz çıxacaq: Hücümçu Felipo Kaysedo və müdafiəçi-kapitan Domeniko Krişito. 12 oyuna cəmi 9 xal toplayan “Cenoa” 1 -ci yerdə qərarlaşıb. Seriya A-nı tərk etmək təhlükəsi var. “Roma” isə stabil oyun nümayiş etdirmir. Qol vurmaqla bərabər hər oyun müdafiədəki səhvlər üzündən top buraxırlar. Üstünlük təbii ki, “Roma”nın tərəfindədir. Amma kimin qalib gəlməsini demək çətindir. Ona görə qol-qol daha etibarlı variantdır.
“İnter” – “Napoli” – 1
Bu mühüm oyun öncəsi “İnter”in heyətində problemlər yaranıb. Millinin oyununda Stefan de Vrey və Aleksis Sançes zədə alıb. Bastoni, Barella və Dzeko yüngül zədə problemi yaşayırlar. Buna baxmayaraq “Napoli”yə mövsümdə ilk məğlubiyyəti yaşatmaq gücündədirlər. Liderlərdən geri qalmaq istəməyən “İnter”in bu ağır qarşılaşmadan qalib ayrılacağına inanıram.
“Brest” – “Lans” – 2
“Brest” 13 oyundan cəmi 12 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsindədir. Bu sezonda ilk qələbəsini oktyabrın sonunda qazanıb. Daha sonra səfərdə “Loryen”ə də 2:1 qalib gəliblər. Fikrimcə, ardıcıl 3-cü qələbə olmayacaq. 2-ci sırada yer alan “Lans”ın gücünə inanaraq oyun 2 variantına üstünlük verirəm.
“Cenoa” – “Roma” – Q/Q – 1,58
“İnter” – “Napoli”- 1 – 2,15
“Brest” – “Lans” – 2 – 2,15
Yekun əmsal: 7,30