Sürpriz kupon – 20.10.2021
“Yanq Boyz” – “Villareal” – 2
Hesabında cəmi 1 xalı olan “Villareal” bu turda da qələbə qazanmasa, növbəti mərhələ şansını xeyli azaldacaq. İsveçrə çempionun heyətində itkilərin olması ispanların işinə yaraya bilər. Məncə, “Villareal” onlar üçün “son döyüş” xarakterli bu qarşılaşmadan qələbə ilə ayrılacaq. Necə də olsa, bir ispan klubu kimi özlərini göstərməlidirlər.
“Mançester Yunayted” – “Atalanta” – 1
“Qırmızı şeytanlar” mövsümün əvvəlində Ronaldonun komandaya qayıdışını ardıcıl qələbələrlə qeyd etdi. İndi isə, əks proses gedir. Premyer liqadakı ardıcıl xal itkilərini “Yunayted” ÇL-də qazandığı qələbə ilə kompensasiya etməyə çalışacaq. Ronaldo “Atalanta”ya necə qol vurmağın yollarını yəqin ki, A seriyasında oynayarkən öyrənib. Oyun 1 variantına çox əminəm.
“Benfika” – “Bavariya” – 2
“Bavariya” “Benfika”ya qrupun lideri kim olduğunu başa salmalıdır. Hər iki komanda yarımcan “Barselona”ya 3 cavabsız qolla qalib gəlib. “Dinamo Kiyev”i 5:0 darmadağın edən münhenlilərin növbəti “qurbanı” ilk 2 turda qapısından qol buraxmayan “Benfika” olacaq.
Sürpriz kupon
“Yanq Boyz” – “Villareal” – 2 – 2,15
“Mançester Yunayted” – “Atalanta” – 1 – 1,68
“Benfika” – “Bavariya” – 2 – 1,34
Yekun əmsal : 4,84