Sürpriz kupon – 20.08.2024

Sürpriz kupon – 20.08.2024

Dinamo Zaqreb – Qarabağ Cüt şans X2

“Dinamo Zaqreb” böyük ənənəsi və usta futbolçulardan ibarət heyəti olan klubdur. Bukmekerlərin onları favorit görməsi də təsadüfi deyil. Amma Avropa meydanlarındakı qürurumuz – “Qarabağ” da bizi sürpriz nəticələrə öyrəşdirib. Ağdamlılar heç kimə asanlıqla təslim olan komanda deyil. Bu matçda da dünya azərbaycanlılarını və bütün digər pərəstişkarlarını sevindirəcəklərinə inanıram.

Lill – Slaviya Praqa 1

Komandalar arasında istər büdcə, istər heyət, istərsə də çıxış etdikləri liqalar baxımından ciddi fərq var. “Lill” öz meydanında inamlı qələbə qazanıb işi Çexiyaya saxlamamağa çalışacaq. Mövsümə uğurlu start verən Liqa 1 klubunun bunun üçün hər cür imkanı var.

Bodö Qlimt – Srvena Zvezda 1

“Bodö Qlimt” “Elitseriya”da turnir cədvəlinə inamla başçılıq edir. Komanda ev oyunlarında xüsusən güclüdü. Doğma arenadakı son 5 matçda “Yaqelloniya”nı 4:1, “Haqesun”u 4:2, “RFS”i 4:0, “Odd”u 3:1, “Brann”ı 5:1 hesabı ilə məğlub edib. Norveçlilərin serblərlə qarşılaşmada uğurlu seriyanı davam etmək şansları yüksəkdir.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 20.08.2024

Növbəti yazı

AFFA-nın vitse-prezidentinə növbəti təyinat