Günün kuponu – 20.08.2024
Dinamo Zaqreb – Qarabağ
Komandanın qol cəmi: Qarabağ ÜST 0.5
Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün son sınağında ilk matça çıxacaq. “Ludoqorets”ə səfərdə 7 qol vuran Qurban Qurbanovun yetirmələrinin bu dəfə də ən azı 1 dəfə fərqlənəcəyinə inanıram.
Bodö Qlimt – Srvena Zvezda QOL/QOL
“Srvena Zvezda” son 5 oyununda 18 qol vurub: 4 rəqibinin hərəsini 4 dəfə, birini isə 2 dəfə məyus edib. “Bodö Qlimt” isə son 5 ev oyununda rəqiblərini 20 dəfə məyus edib.
Bu matçda da komandaların hərəyə ən azı 1 dəfə fərqlənəcəyinə mərc gəlirəm.
Lill – Slaviya Praqa
Hər hansısa bir hissəni qazanacaq: Lill
“Fənərbaxça”nı turnirdən kənarlaşdıran “Lill” ilk pley-off matçında “Slaviya Praqa”nı qəbul edəcək. Meydan sahibləri favoritdir. Günün kuponunda bir qədər özümü sığortalayıb fransızların hər hansı bir hissəni qazanacağı variantını seçirəm.