Sürpriz kupon – 20.03.2022

Sürpriz kupon – 20.03.2022

“Köln” – “Borussiya Dortmund” – 2

“Köln” ev oyunlarında çox ehtiyatlı oynayır. Rəqibin gücünü yaxşı anlayır və risk etməyəcək. Fikrimcə, müdafiədə oturub əks- hücümlara bel bağlayacaq.
“Borussiya” isə qələbələri sıralamaqdadır. Lider “Bavariya”nın büdrəməsindən istifadə edib zirvəyə bir qədər də yaxınlaşıb. “Köln”nün bu matçda “Borussiya”dan xal alacağına inanmıram.

“Marsel” – “Nitsa” – Qol/Qol

“Nitsa”nın PSJ üzərində sensasiyalı qələbəsi komandanın gücündən xəbər verir. Turnir cədvəlində “Marsel”lə 2-3 cü yerləri bölüşürlərlər.
“Marsel” üçün qələbə asan olmayacaq. Konfrans Liqasının yorğunluğu təsirini göstərə bilər. Bu qarşılaşmada aşkar favorit yoxdur. Bütün derbilərdə olduğu kimi. Optimal variant kimi qol-qolun üzərində dayanıram.

“Roma” – Latsio” – Qol/Qol

İtaliya paytaxtı səbrsizliklə növbəti Roma derbisini gözləyir.
“Roma” 3 gün əvvəl Avroliqada “Vitess”ə qarşı ağır oyun keçirib.
“Latsio” isə Avroliqadaki çıxışını dayandırıb. Komandalar öz aralarında 177 oyun keçiriblər. “Roma” 66, “Latsio” 48 qələbə qazanıb. 63 oyun isə heç-heçə yekunlaşıb. Bu dəfə hansı tərəfin qalib gələcəyini proqnozlaşdırmaq çətin olsa da, qarşılıqlı qolların vurulacağına inanıram.

“Mister X”dən ən son “Sürpriz Kupon”

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 20.03.2022

Növbəti yazı

“Mançester Yunayted”də ayrılıqlar