Sürpriz kupon – 20.02.2023
“Radomiak Radom” – “Yaqelloniya” QOL/QOL
Polşa çempionatında bir-birinə yaxın mövqelərdə olan iki klub üz-üzə gələcək. 17 ildi “Yagelloniya” bu rəqibi məğlub edə bilmir. Ən yaxşı halda heç-heçəyə nail olur. Meydan sahibləri rəqibdən 5 xal çox toplayıb və 3 pillə öndə qərarlaşıb. Fikrimcə bu matçda qol\qol seçimi daha doğrudu.
“Atromitos” – “Levadiakos” 1
Cari mövsüm iddialı çıxış etməyən “Atromitos” dogma meydanda autsayderlə qarşılaşır. Superliqada son 4 matçda ümumilikdə 3 xal toplayan meydan sahibləri uzun müddətdi qələbəyə həsrət qalıb. “Levadiakos” isə autsayderliklə barışıb.
OFİ – “Aris” ÜST2.5
Altıncı pillədə qərarlaşan “Aris” daha çox irəliləmək üçün qələbə qazanmağa borcludu. Liderlərdən çox uzaqda olan meydan sahibləri son turlar yaxşı təsir bağışlayır. Bu oyunda qonaqları favorit hesab edirəm. Amma OFİ-nin asanlıqla təslim olacağına inanmıram.