Sürpriz kupon – 19.09.2023

Sürpriz kupon – 19.09.2023

PSJ – Borussiya

Istənilən vaxt qol vuracaq: Killian Mbappe

Killian Mbappenin Liqa 1-in son matçındakı dublu komandasını məğlubiyyətdən xilas etmədi. Bəlkə də səbəb parislilərin fikrinin Çempionlar Liqasının bu qarşılaşmasına daha çox yönəlməsində idi.

Amma indi PSJ oyunda var gücünü ortaya qoyub qalib gəlməyə çalışacaq. Belədə Mbappenin qol vurmaq imkanları da mütləq olmalıdı.

Barselona – Antverpen Qol/Qol

Oyunun favoriti bəllidi. ÇL-in debütantı olan qonaqlar üçünsə qol vurmağın özü uğur sayıla bilər. Belçikalılar məhsuldar komandadı. Düşünürəm ki, ÇL tarixində ilk qollarını “Kamp Nou”da vura bilərlər.

Şaxtyor – Porto 2

Ukraynalılara olan bütün hörmətimə rəğmən qonaqların qələbə qazanacağını düşünürəm. “Porto” çempionatdakı son oyununda gücünü bu qarşılaşmaya saxlamaqla 1 qol vurub lazım olan 3 xalı qazanmağı bacardı. Bu oyuna da favorit qismində çıxacaq portuqaliyalıların istəklərinə çatacağını düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu -19.09.2023

Növbəti yazı

“Liverpul”da yeni müqavilə