Sürpriz kupon – 19.06.2023

Sürpriz kupon – 19.06.2023

İsveçrə – Rumıniya QOL/QOL
İlk üç oyunda maksimum xal toplayan meydan sahibləri izləyicisi Rumıniyanı 2 xal qabaqlayır. Son tur səfərdə Kosova ilə 0-0 oynayan rumınlar azarkeşlərindən bəraət almağa çalışacaq. Fikrimcə komandalar meydanı qolsuz tərk etməyəcək.

İsrail – Andorra hər iki hissədə İsrael/İsrael
İsveçrə və Rumıniyadan sonra üçüncü yerdə olan meydan sahibləri belə zəif rəqiblə matçda xal itirməyəcək. Andorra ilk üç oyunda 1 xal toplamaqla turnir cədvəlində Belarusu qabaqlayır. İndiyə qədər baş tutan bütün oyunlarda İsrail Andorranı məğlub edib.

Şimali İrlandiya – Qazaxıstan ALT3.5
Meydan sahibləri uğursuz start götürüb. 3 oyunda 1 xal toplayan britaniyalılar yalnız autsayder San Marinonu qabaqlayır. Maraqlıdır ki, digər 4 komanda – Danimarka, Finlandiya, Qazaxıstan və Sloveniya hərəyə 6 xal toplayıb. Eyni göstərici ilə komandalar ilk dördlükdə cəmləşib.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 19.06.2023

Növbəti yazı

“Leypsiq” Türam uğrunda mübarizəyə qoşuldu