Sürpriz kupon – 18.06.2024

Sürpriz kupon – 18.06.2024

Türkiyə – Gürcüstan QOL/QOL

Avropa Çempionatında həyəcan artmaqda davam edir. Tarixində ilk dəfə qitə çempionatında iştirak edəcək qonşu Gürcüstan ilk turda Türkiyənin müqavimətini qırmağa çalışacaq. “Ay-ulduzlular” ilk tura ancaq 3 xal gözüylə baxır. Gürcülərdə Xviça Kvaratsxeliyanın oyunu böyük maraqla gözlənilir. İlk oyunda hər iki tərəfin qol vuracağını düşünürəm.

Portuqaliya – Çexiya 1 və 1.5 ÜST

Kristiano Ronaldo meydana çıxmaqla altıncı Avropa Çempionatında iştirak edən ilk futbolçu kimi tarixə düşəcək. Son 28 ildə çexlər bütün oyunlarda Portuqaliyaya uduzub. Hazırkı dueldə də Ronaldo və komandası favorit göstərilir. Portuqallar rəqibə şans verməyəcək.

Smouha SC – Əl Daklyeh 1

Etopaz Misir Premyer Liqasındakı oyunlara mərc gəlməyi təklif edir. 24 turdan sonra meydan sahibliyini ilk üçlükdən 2 xal ayırır. Qonaqlar yarışın son pilləsində qərarlaşıb. Ötən tur lider “Piramids”ə uduzan “Smouha” bu dəfə xal itirməz.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 18.06.2024

Növbəti yazı

”Sevilya”da ayrılıq