Sürpriz kupon – 16.07.2024

Sürpriz kupon – 16.07.2024

Danimarka U19 – İspaniya U19 QOL/QOL

19 yaşlı futbolçuların Avropa çempionatına mərc gəlmək təklif olunur. Hazırlıq dönəmində Almaniyanı məğlub edən danimarkalılar qrupdakı ilk oyunda İspaniya ilə qarşılaşır. Hər iki komanda hücumçuların inamlı oyunuyla seçilir. Məhz bu səbəbdən qol-qol seçimi üzərində dayanıram.

Fransa U19 – Türkiyə U19 2.5 ÜST

U-19 Avropa çempionatında qrup mərhələsinin daha bir oyunu. Komandalar rəsmi matçlarda 3 dəfə üz-üzə gəlib. İki oyunda Fransa qələbəyə sevinib. Türklərdə demək olar heyət tamam dəyişib. Yoldaşlıq oyunlardakı nəticələrə əsasən bu matçdan məhsuldar sonluq gözləmək olar.

Şemrok Rovers – Vikinqur Reykyavik 1

İlk oyunda qolsuz bərabərlik qeydə alındığından cavab matçı maraqla gözlənilir. Etopaz meydan sahiblərinin qələbəsinə 2.75 əmsal təklif edir. Qələbəni seçmək riskli olsa belə, yüksək əmsala görə bu addımı atmaq olar.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 16.07.2024

Növbəti yazı

Morata İtaliya yolunda