Sürpriz kupon – 16.02.2022

Sürpriz kupon – 16.02.2022

“Apollon Smirnis” – “Panatinakos” – 2 [nowbetnow-dynamic dyn_code=1150]

Həmişə iddialı “Panatinakos” onsuz da bu mövsüm çempionluğun əldən getməsi ilə barışıb. İndi hədəf heç olmasa medallardan birinə sahib çıxmaqdır. 3-cü sıradakı AEK-lə 6 xallıq fərqi “əritmək” üçün çempionatın ən zəif komandası ilə oyunda qələbə afinalılara çox vacibdir. Fikrimcə, “Panatinakos”un autsayderi məğlub etməsi üçün həm əsaslı səbəbləri, həm də kifayət qədər gücü var.

“Zalsburq” – “Bavariya” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1151]

“Yaxşı qapıçı komandanın yarısıdır” deyəndə yəqin ki, Manuel Noyer kimi qolkiperlər nəzərdə tutulub. Bundesliqanın son turunda “Bohum”a qarşı zədəli Noyersiz oynayan “Bavariya” ağır məğlubiyyətlə üzləşdi (2:4). “Zalsburq”un hücum potensialını nəzərə alsaq, Avstriya çempionu da Noyerin qorumayacağı qapıya yol tapmaq gücündədir. “Bavariya”nın qol vuracağına isə ümumiyyətlə, şübhəm yoxdur. Demək, qol /qol proqnozuna ümid bəsləməyə dəyər.

“İnter” – “Liverpul” – 3,5 ALT [nowbetnow-dynamic dyn_code=1152]

Bəlkə də əksəriyyət bu oyunda azı 3-4 qolun vurulacağını düşünür. Mən isə əksini fikirləşirəm. Komandalar məncə ilk matçda daha ehtiyatlı oyuna üstünlük verəcək. Təbii ki, Dzeko, Perişiç, Salah və Mane kimi ulduzların olduğu meydanda qol və ya qollar gözləniləndir. Amma bunun 3-dən çox olmayacağını güman edirəm.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 16.02.2022

Növbəti yazı

Depay daha 2 oyunda olmayacaq